Ankara Suriyadakı əməliyyatlarını ABŞ-la koordinasiya etdiyini bəyan etdi

© ©U.S. Army/Staff Sgt. Andrew Goedl/Handout via REUTERSABŞ və Türkiyə hərbçiləri, arxiv şəkli
ABŞ və Türkiyə hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ hərbçiləri və koalisiyasının atəşə tutulmasından söhbət belə, gedə bilməz. Bizim Baş Qərargahla amerikalılar arasında lazımı koordinasiya aparılır

BAKI, 12 oktyabr — Sputnik. Türkiyə hərbçiləri Suriyadakı əməliyyat zamanı öz addımlarını ABŞ tərəfi ilə koordinasiya edir. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar bildirib.

"ABŞ hərbçiləri və koalisiyasının atəşə tutulmasından söhbət belə, gedə bilməz. Bizim Baş Qərargahla amerikalılar arasında lazımı koordinasiya aparılır", - deyə Akar qeyd edib.

Qeyd edək ki, daha əvvəl Pentaqon məlumat yayıb ki, Suriyada Kobani yaxınlığında Amerikalı hərbçilər Türkiyə artilleriya qüvvələri tərəfindən atəşə tutulub.

"ABŞ hərbçiləri arasında yaralılar yoxdur", - deyə Pentaqonun yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, amerikalı hərbçilər Türkiyənin Suriyada əməliyyat keçirdiyi təhlükəsizlik zonasından bir neçə yüz metr aralıda atəşə tutulub.

Türkiyənin Müdafiə Nazirliyi Suriyada Fərat çayının şərqində ABŞ qoşunlarının müşahidə məntəqəsinin atəşə tutulması haqqında iddiaları təkzib edib.

Bu arada Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi "Sülh bulağı" antiterror əməliyyatı nəticəsində indiyədək 415 terrorçu zərərsizləşdirilib.

Xəbər lenti
0