BAKI, 10 oktyabr — Sputnik. Amerikalı senatorlar Kris Van Hollen (Merilend ştatından seçilmiş demokrat) və Lindsi Qrum (Cənubi Karolina) Türkiyənin bir sıra siyasətçilərinə qarşı sanksiyalar tətbiq etməyi təklif ediblər.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, qanun layihəsinin əsas müddəalarını Van Hollen Twitter səhifəsində paylaşıb.
Today @LindseyGrahamSC and I are announcing a framework for sanctions against Turkey to respond to their military operation in northeastern Syria, which is already underway. These sanctions will have immediate, far-reaching consequences for Erdogan and his military. pic.twitter.com/VhzaDB2OYU
— Chris Van Hollen (@ChrisVanHollen) October 9, 2019
Senatorların fikrincə, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın, eləcə də ölkənin vitse-prezidentinin, Müdafiə, Xarici İşlər, Maliyyə, Ticarət və Energetika nazirliklərinin rəhbərlərinin ABŞ-dakı aktivlərinə sanksiya tətbiq edilməlidir. Səbəb kimi Türkiyənin bu gün Suriyanın şimalında başladığı "Sülh bulağı" əməliyyatı göstərilir.
Bundan əlavə, Türkiyə rəhbərliyinə viza məhdudiyyətinin, həmçinin Rusiyadan S-400 raket-zenit komplekslərinin tədarükünə görə Türkiyə ilə bağlı digər sanksiyaların gerçəkləşdirilməsi də təklif olunur.