Senatorlar Türkiyəyə qarşı sanksiya tələb edirlər

© AP Photo / Jose Luis MaganaФлаги развеваются перед Капитолием в Вашингтоне утром во вторник, 1 января 2019 года
Флаги развеваются перед Капитолием в Вашингтоне утром во вторник, 1 января 2019 года - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan əlavə, Türkiyə rəhbərliyinə viza məhdudiyyətinin, həmçinin Rusiyadan S-400 raket-zenit komplekslərinin tədarükünə görə Türkiyə ilə bağlı digər sanksiyaların gerçəkləşdirilməsi də təklif olunur

BAKI, 10 oktyabr — Sputnik. Amerikalı senatorlar Kris Van Hollen (Merilend ştatından seçilmiş demokrat) və Lindsi Qrum (Cənubi Karolina) Türkiyənin bir sıra siyasətçilərinə qarşı sanksiyalar tətbiq etməyi təklif ediblər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, qanun layihəsinin əsas müddəalarını Van Hollen Twitter səhifəsində paylaşıb.

​Senatorların fikrincə, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın, eləcə də ölkənin vitse-prezidentinin, Müdafiə, Xarici İşlər, Maliyyə, Ticarət və Energetika nazirliklərinin rəhbərlərinin ABŞ-dakı aktivlərinə sanksiya tətbiq edilməlidir. Səbəb kimi Türkiyənin bu gün Suriyanın şimalında başladığı "Sülh bulağı" əməliyyatı göstərilir.

Bundan əlavə, Türkiyə rəhbərliyinə viza məhdudiyyətinin, həmçinin Rusiyadan S-400 raket-zenit komplekslərinin tədarükünə görə Türkiyə ilə bağlı digər sanksiyaların gerçəkləşdirilməsi də təklif olunur.

Xəbər lenti
0