11:23 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
40820

Türkiyə, Pakistan və Malayziya islamofobiya ilə birgə mübarizə aparmaq üçün ortaq layihəyə başlayıb. Onlar media koordinasiya mərkəzi və ingilisdilli telekanal yaratsalar da, bununla kifayətlənməyəcəklər

BAKI, 5 oktyabr — Sputnik. Türkiyə, Pakistan və Malayziyanın islamofobiya ilə birgə mübarizəsi ingilisdilli telekanalın yaradılması ilə məhdudlaşmayacaq. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

"İslamofobiya ilə mübarizə çərçivəsində bir media koordinasiya mərkəzi və bir televiziya kanalı yaradılacaq. Bu platformada sosial şəbəkələr üçün maarifləndirici video və sənədli filmlər yaradılacaq, xəbər buraxılışları hazırlanacaq", - deyə Altun bildirib.

Onun sözlərinə görə, layihədə qaynar xəttin təşkili, film fondunun yaradılması, sosial şəbəkələrdə kampaniyalar, hesabatların vaxtaşırı hazırlanması və kitabların çapı da nəzərdə tutulur.

"Beləliklə, əslində müştərək ingilisdilli kanalın yaradılması layihəsi islamofobiya ilə mübarizədə yalnız bir istiqamətdir. Bu, sadə məsələ olmadığından, birgə təşəbbüslər bir telekanal yaratmaqla məhdudlaşmayacaq", - deyə Altun bildirib.

İdarə müdiri xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə islamofobiyanın eynilə antisemitizm kimi insanlığa qarşı cinayət olduğunu vurğulayıb.

"İslamofobiya, sistematik təzahürləri ilə irqçiliyin bir forması, nifrətdən qaynaqlanan cinayətdir. Öz vəzifələrinin öhdəsindən layiqincə gələ bilməyən siyasətçilərin irqçi və islamofob ifadələrə necə müraciət etdiklərinin şahidi oluruq", - Altun deyib.

Onun fikrincə, islamofobiya zorakılığa və terrorizmə gətirib çıxara bilər.

"İslamofobiya haqqında danışarkən biz sadəcə bunun qorxulu olduğunu deməklə kifayətlənməməliyik. Biz düşmənçilik və nifrət cinayətləri haqqında danışırıq. Hal-hazırda ortaq bir televiziya kanalının yaradılması layihəsini İslam və Qərb dünyası arasındakı münasibətləri yaxşılaşdırmaq üçün əhəmiyyətli bir fürsət olaraq qiymətləndiririk", - deyə Türkiyə Prezident Administrasiyasının idarə müdiri əlavə edib.

Qeyd edək ki, bir qədər əvvəl, Türkiyə, Pakistan və Malayziya islamofobiya ilə mübarizə məqsədilə ingilisdilli bir kanal yaratmaq qərarına gəlib. Kanalın məqsədi İslam dünyasının qarşılaşdığı problemlərlə və İslam haqqında yanlış təsəvvürlərlə mübarizə aparmaqdır.

Əlaqədar

Azər Həsrət: “Avropa kimisə cəzalandırmaq istəyəndə müsəlmanları hədəf göstərir”
Deputat: On minlərlə qadın imamzadələrdə, pirlərdə gününü keçirir
"Dünya artıq gül bağçası deyil, ən çətin dövrü yaşayırıq" – Ankara etiraf etdi
Politoloq: “İslamofobiya qlobal savaşa gətirib çıxara bilər”
Teqlər:
Malayziya, Pakistan, Türkiyə, telekanal, islamofobiya, islam

Əsas mövzular