10:35 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
44 0 0

Rusiya artıq belə bir razılaşmanı daha əvvəl də alyansa üzv ölkələrə təklif edib, lakin onlar buna maraq göstərməyiblər.

BAKI, 25 sentyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı bir sıra ölkələrin liderlərinə məktub göndərərək Avropa və digər regionlarda yaxın və orta mənzilli raketlərin yerləşdirilməsində moratoriumun (lat. moratorius — ləngitmə, təxirəsalma) tətbiqini təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti" xəbər verir.

Mənbə nəşrə bildirib ki, belə bir məktub Şimali Atlantik Alyansa üzv olan bütün ölkələrin başçıları, həmçinin Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Federika Moqerini və NATO baş katibi Yens Stoltenberqə də göndərilib.

Məlumatda qeyd olunur ki, Rusiya artıq belə bir razılaşmanı daha əvvəl də alyansa üzv ölkələrə təklif edib, lakin onlar buna maraq göstərməyiblər.

Xatırladaq ki, avqustun 2-dən başlayaraq orta və qısa mənzilli raketlərin ləğvinə dair saziş qüvvəsini itirib.

2018-ci ilin oktyabrında ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun sazişdən çıxacağını elan edib. O, buna səbəb kimi Moskvanın saziş çərçivəsində öhdəliklərini "yerinə yetirməməsini" göstərib. Lakin Amerika tərəfi bu iddia ilə bağlı heç bir dəlil gətirməyib. ABŞ-ın hərəkətlərinə cavab olaraq, 2019-cu ildə Rusiya da sözügedən sazişdə iştirakını dayandırıb.

Əsas mövzular