BAKI, 13 avqust — Sputnik. NATO-nun F-18 qırıcısı Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun təyyarəsi Baltik dənizində neytral suların üzərindən keçən zaman onu müşayiət etmək fikrinə düşüb.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, nazirin olduğu təyyarə Kalininqraddan Moskvaya uçurdu. Onu Baltika donanmasının dəniz aviasiyasının iki "Su-27" qırıcısı müşayiət edirdi.
Kalininqradda Şoyqu işçi səfəri çərçivəsində Naximov məktəbinin bünövrəsinə daş qoyub, həmçinin Beynəlxalq Ordu Oyunlarının "Dəniz desantı" müsabiqəsini yoxlayıb.
Baltik dənizi üzərində iki F-18 təyyarəsi Şoyqunun olduğu laynerə yaxınlaşmaq istəyib, ancaq "Su-27"lərin pilotları onları sıxışdıraraq uzaqlaşdırıblar.
Истребитель НАТО F-18 попытался приблизиться к самолету Сергея Шойгу над Балтикой.
— Актуальная Россия (@RussiaActually) 13 августа 2019 г.
Летчики Су-27 оттеснили истребитель, не позволив ему подойти близко к лайнеру. pic.twitter.com/AjirhHwM0k
Son zamanlar əcnəbilərin pilotsuz uçan aparatları və kəşfiyyat təyyarələri Rusiya Müdafiə Nazirliyinin xəbərdarlıqlarına baxmayaraq, Rusiya sərhədində, xüsusilə Qara dənizdə, Kalininqrad vilayətində və Rusiyanın Suriyadakı bazalarının yaxınlığında tez-tez peyda olur.