23:39 13 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8725
Rəcəb Tayyib Ərdoğan məsciddə camaat namazında, arxiv şəkli

BMT-də maraqlı təklif - İslamdan qorxanlara qarşı həmrəylik günü

© Photo : haberseyret.com
DÜNYA
Qısa URL
4210

"Ksenofobiya və islamofobiya - bütün dünya üçün ən böyük təhlükələrdəndir... Ksenofob əhvalı qızışdıran populist siyasətçilər özlərinə xal qazanmağa çalışırlar"

BAKI, 24 sentyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan martın 15-ni islamofobiyaya qarşı beynəlxalq həmrəylik günü elan etmək təklifini irəli sürüb.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, Türkiyə Prezidenti bu tarixi Yeni Zelandiyadakı Kraystçerçdə baş verən terror aktı ilə əlaqələndirib.

Martın 15-də Kraystçerçin (Yeni Zelandiya, Cənub adası) iki məscidində atışma baş vermiş, nəticədə 50 insan ölmüş, 50 nəfər yaralanmışdı. Yeni Zelandiyanın Baş Naziri Casinda Ardern hadisəni terror aktı kimi dəyərləndirmişdi.

"Ksenofobiya və islamofobiya - bütün dünya üçün ən böyük təhlükələrdəndir... Ksenofob əhvalı qızışdıran populist siyasətçilər özlərinə xal qazanmağa çalışırlar. Kraystçerç məscidlərinə hücumların edildiyi 15 mart tarixini ksenofobiya və islamofobiyaya qarşı beynəlxalq həmrəylik günü elan etməyi təklif edirəm", - Ərdoğan deyib.

O əlavə edib ki, xristianlara edilən hücumlar da Yeni Zelandiyadakı terror aktları kimi cinayətdir.

Əlaqədar

Çindən sensasion qərar - uyğurların türklərə aidiyyəti yoxdur
“Mavilər donuzdan murdardırlar" – telekanalın bəyanatı qalmaqal yaratdı
Rusiyanın ən məşhur müsəlmanı vəfat etdi
Avropada yeni separatizm təhlükəsi: müsəlmanlar muxtariyyət tələb edirlər
İslamda musiqi, rəsm, heykəltaraşlıq, teatr və kino niyə haramdır?

Əsas mövzular