16:50 03 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
4110

Tramp Pauelli dəfələrlə tənqid edib və eyham vurub ki, işindən azad edə bilər. Ancaq hüquqşünasların prezidentin belə səlahiyyətə malik olub-olmaması barədə rəyləri üst-üstə düşmür

BAKI, 19 sentyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin başçısı Cerom Pauelli baza faiz dərəcəsini az miqdarda azaltdığı üçün yenidən tənqid edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə o, özünün Twitter səhifəsində yazıb.

​"Cey Pauellə FES yenə uğursuzluğa düçar oldular. Nə cəsarət var, nə reallıq hissi, nə də (şəraiti) görmək qabiliyəti! Dəhşətli kommunikator", - Tramp yazıb.

ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) bu il ərzində ikinci dəfə baza faiz dərəcəsini 25 bənd azaldıb. Faiz dərəcəsi illik 2-2,5%-dən 1,75-2% səviyyəsinə salınıb. Bu qərar bir çox analitiklərin proqnozu ilə üst-üstə düşüb.

Tramp Pauelli dəfələrlə tənqid edib və eyham vurub ki, işindən azad edə bilər. Ancaq hüquqşünasların prezidentin belə səlahiyyətə malik olub-olmaması barədə rəyləri üst-üstə düşmür. Eyni zamanda Trampın Pauellin səlahiyyətlərini artırmamaq hüququ var. Pauell vəzifəsinin icrasına 2018-ci ilin fevralında başlayıb və səlahiyyət müddəti 4 ildir. Tramp FES-ə baza stavkasını "sıfıra və ya daha da aşağı" salmağı tövsiyə etmişdi.

Əlaqədar

Dünya iqtisadiyyatına "ağıldankəm" istiqamət verir?
Sathasat başlayıb – Hamı ABŞ-a arxa çevirir
Dollar üçün daha bir bəd xəbər - Tramp yeni oyun başlayır
Gizli valyuta müharibəsi başladı: dollar və avro devalvasiya təhlükəsi ilə üz-üzə qalıb
Avro yığanların nəzərinə - Ekspert proqnozunu açıqladı
Teqlər:
dollar, faiz, FES, Donald Tramp

Əsas mövzular