02:32 12 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8782
Birləşmiş Ştatlar prezidenti Donald Tramp

Tramp İrana qarşı sanksiyaları genişləndirdi

© AP Photo / Susan Walsh
DÜNYA
Qısa URL
16 0 0

Daha əvvəl Birləşmiş Ştatlar Tehranı Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücumda ittiham edib

BAKI, 18 sentyabr — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp bəyan edib ki, İrana qarşı sanksiyalar əhəmiyyətli dərəcədə artırılacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tramp öz "Twitter" səhifəsində yazıb.

"Mən maliyyə nazirinə İrana qarşı sanksiyaları əhəmiyyətli dərəcədə artırmağı tapşırdım", - deyə Tramp öz "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, daha əvvəl Birləşmiş Ştatlar Tehranı Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücumunda ittiham edib.

Sentyabrın 14-də Səudiyyə Ərəbistanının Əbqaik və Xurays bölgələrində "Saudi Aramco" dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin "Ənsar Allah" hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz təyyarə ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavodda güclü yanğın başlayıb. Səudiyyə Ərəbistanı yanğının söndürüldüyünü açıqlayıb.

​Neft emalı zavodlarındakı partlayış nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb və bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Bu itki anbarlardakı ehtiyatlar hesabına kompensasiya edilir. Eyni zamanda neft emalı zavodlarındakı yanğın qaz hasilatını da sutkada 2 milyard kub fut həcmində azaldıb. Bu həcmdə qaz 700 min barel sıxılmış maye qazın istehsalında istifadə edilir. Bununla da ölkənin etan və sıxılmış maye qaz ehtiyatları yarıya qədər azalıb.

Əlaqədar

Makronun milyardları ABŞ-ın İrana qarşı təzyiq strategiyasını poza bilər
ABŞ kosmosda müharibəyə hazırlaşır – Rusiya, İran...
Bolton gedib, amma onun işi hələ də yaşayır: Trampı İranla müharibəyə hazırlayırlar
İranın Bakıdakı səfirliyi təcili məlumat yaydı
Boltonun istefası ABŞ-ın İrana qarşı siyasətini dəyişəcəkmi - politoloq şərhi

Əsas mövzular