Dünyanın diqqəti Ankarada – Ərdoğan, Putin və Ruhani görüşür

© Photo : Kayhan Ozer / Turkish Presidential Palace / Handout via REUTERSTürkiyə, İran və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani və Vladimir Putinin görüşü. Tehran, 7 sentyabr 2018-ci il
Türkiyə, İran və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani və Vladimir Putinin görüşü. Tehran, 7 sentyabr 2018-ci il  - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov eyni zamanda qeyd edib ki, Vladimir Putinin Ankaradakı görüşü zamanı Səudiyyə Ərəbistanının neft emalı zavoduna hücum ayrıca müzakirə olunmayacaq

BAKI, 16 sentyabr — Sputnik. Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında üçtərəfli görüş keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, üçtərəfli görüş Türkiyənin paytaxtı Ankarada keçiriləcək. Toplantıda İdlib məsələsi daxil olmaqla ümumilikdə Suriyadakı vəziyyət müzakirə olunacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov eyni zamanda qeyd edib ki, Vladimir Putinin Ankaradakı görüşü zamanı Səudiyyə Ərəbistanının neft emalı zavoduna hücum ayrıca müzakirə olunmayacaq: "Lakin gözləmək olar ki, mövzuya toxunulacaq".

Xəbər lenti
0