BAKI, 16 sentyabr — Sputnik. Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında üçtərəfli görüş keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, üçtərəfli görüş Türkiyənin paytaxtı Ankarada keçiriləcək. Toplantıda İdlib məsələsi daxil olmaqla ümumilikdə Suriyadakı vəziyyət müzakirə olunacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov eyni zamanda qeyd edib ki, Vladimir Putinin Ankaradakı görüşü zamanı Səudiyyə Ərəbistanının neft emalı zavoduna hücum ayrıca müzakirə olunmayacaq: "Lakin gözləmək olar ki, mövzuya toxunulacaq".