06:38 14 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
7301

"Mülki avtomobil yoldan keçərkən partlayış törədilib, dörd nəfər həlak olub, 13 nəfər xəstəxanaya aparılıb, onlara yardım göstərilir"

BAKI, 12 sentyabr — Sputnik. Türkiyənin cənub-şərqində terror aktı törədilib.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, Kulp və Muş şəhərləri arasındakı yolda partlayış olub. Nəticədə 4 nəfər ölüb, 13 nəfər xəsarət alıb. Bu barədə məlumatı Diyarbəkir vilayətinin valisi verib.

"Mülki avtomobil yoldan keçərkən partlayış törədilib, dörd nəfər həlak olub, 13 nəfər xəstəxanaya aparılıb, onlara yardım göstərilir", - valilikdən bildirilir.

NTV telekanalının məlumatına görə, mikroavtobus partlayıb. Ehtimal edilir ki, yolda mina yerləşdirilibmiş.

​​Diyarbəkirdə PKK terror təşkilatının üzvləri çox fəaldırlar.

Əsas mövzular