23:41 12 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8757
Roma Papası Fransisk, arxiv şəkli

Roma Papası liftdə qaldı, ayinə gecikdi

© REUTERS / Stefano Rellandini
DÜNYA
Qısa URL
1910

Papanın liftdə qaldığı V Sikstin sarayı Vatikanın ictimaiyyətin gözündən kənar ən qapalı yerlərindən biri hesab olunur

BAKI, 1 sentyabr — Sputnik. Roma Papasının Müqəddəs Pyotr meydanındakı ənənəvi bazar günü vəzi xeyli gecikib.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, buna səbəb Papanın liftdə qalması olub.

​"Gecikdiyimə görə üzr istəyirəm, bədbəxt hadisə oldu: mən 25 dəqiqə liftdə qalmalı oldum. Gərginlik (elektrik -red.) azaldığından lift dayandı", - saat 12-dən sonra eyvana çıxan Papa ayinə toplaşmış inanclılara deyib. 

"Allaha şükür ki, yanğınsöndürənlər gəldilər, onlara çox sağ olun deyirəm! 25 dəqiqə sonra lifti işə sala bildilər. Gəlin yanğınsöndürənləri alqışlayaq", - pontifik  moizədən əvvəl deyib.

Papanın liftdə qaldığı V Sikstin sarayı Vatikanın ictimaiyyətin gözündən kənar ən qapalı yerlərindən biri hesab olunur. Çox güman ki, I Fransisk onu Apostol sarayının dürdüncü mərtəbəsinə qaldıran şəxsi liftdə qalıb.

Teqlər:
ayin, Vatikan, Roma, Roma Papası

Əsas mövzular