20:18 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Fransa Prezidenti Emmanuel Makron və ABŞ lideri Donald Tramp

Rəsmi olaraq başlandı: "Böyük yeddilik" dünyanı müzakirə edir

© AP Photo / Andrew Harnik
DÜNYA
Qısa URL
5030

Sammitdən bir neçə saat öncə Makron fransızlara müraciət edərək iri dünyəvi böhranları, xüsusilə də İran, Suriya, Liviya, Ukrayna ətrafındakı məsələləri müzakirə etməyə çalışacaqlarını deyib

BAKI, 24 avqust — Sputnik. "Böyük yeddiliy"in sammiti rəsmi olaraq başlandı.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Fransanın cənubundakı Biarritz şəhərində gələn qonaqları Prezident Emmanuel Makron və xanımı Brijit qarşılayırlar.

Hamıdan öncə Avropa İttifaqı Şurasının sədri Donald Tusk, ardınca istefaya çıxsa da, ölkəsini sammitdə təmsil edən İtaliyanın baş naziri Cuzeppe Konte gəliblər. 

Britaniya hökumətinin rəhbəri Boris Conson, Kanadanın Baş Naziri Castin Trüdo və yaponiyalı həmkarı Sindzo Abe də gecikməyiblər. Sonda isə Almaniya Kansleri Angela Merkel və ABŞ Prezidenti Donald Tramp xanımı Melaniya ilə təşrif buyurublar.

Makron onların hər biri ilə birgə foto çəkdirərək qısa hal-əhval tutub.

Rəsmi proqrama görə, G7 liderləri birgə şam edəcəklər.

Rəsmi açılışa qədər Makron Tramp və Merkellə görüşməyə imkan tapıb. Sammitdən bir neçə saat öncə Makron fransızlara müraciət edərək iri dünyəvi böhranları, xüsusilə də İran, Suriya, Liviya, Ukrayna ətrafındakı məsələləri müzakirə edəcəklərini, ticarət müharibələrindən çəkinməyə çalışacaqlarını, iqlim məsələlərinə, o cümlədən Amazon meşələrindəki yanğına diqqət çəkəcəklərini bildirib.

Əlaqədar

“Böyük Yeddiliy”in toplantısından hansı gözləntilər var - politoloq şərhi
G7-nin hədəfindəki İran - politoloq sammitdən gözləntilərini açıqladı
Makron Avropa əməkdaşlığını diriltmək üçün təşəbbüs göstərir - ekspert
Tramp Makronla nahardan sonra vədlər verdi
Teqlər:
Boris Conson, Sindzo Abe, Donald Tusk, Angela Merkel, Castin Trudo, Donald Tramp, Emmanuel Makron, Fransa, G7 sammiti

Əsas mövzular