BAKI, 24 avqust — Sputnik. Fransanın Bayonne şəhərində "Böyük Yeddiliy"in sammitinə etiraz edənlərə qarşı polis dörd dəfə güclü su şırnaqlarından istifadə edib.
#Bayonne manifestation anti #G7 la manifestation vire aux incidents la police utilise canon à eau et gaz lacrymogène #Police #Gendarmerie #Polizei #G7Biarritz #G7France #contresommetG7 #ContreG7 pic.twitter.com/8X0VoBMHaY
— LINE PRESS (@LinePress) August 24, 2019
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, etiraz aksiyalarında yüzlərlə insan iştirak edir. Yürüş bir növ üçbucağı xatırladan ərazidə gedir - bura iki tərəfdən çayla əhatələnib. Onların üzərindəki körpüləri polislər əvvəlcədən bağlayıblar. Beləliklə, etirazçıların yolu kəsilib.
#Bayonne manifestation anti #G7 la incidents en cours #Police #Gendarmerie #G7Biarritz #G7France #contresommetG7 #ContreG7 pic.twitter.com/sNzxyed3Vq
— LINE PRESS (@LinePress) August 24, 2019
Öncə yürüşçülər baraban sədaları altında küçələrdə gedərək polisin ünvanına təhqiramiz şüarlar səsləndiriblər. Körpüyə yanaşanda isə gənclər asayiş keşikçilərini təxribata çəkməyə başlayıblar.
Tensions à Bayonne en marge d’une manifestation non autorisée contre le #G7 #G7ez pic.twitter.com/Wsdv2qEk6D
— Xenia__Sputnik (@XseniaSputnik) August 24, 2019
Hal-hazırda onların qarşıdurması güclənib və xaos yaranmaqdadır. Etirazçılar yerdən çıxardıqları hasar parçaları ilə polislərin metal qalxanlarını taran etməyə çalışırlar. Üstəlik, xuliqanlar binaların birinci mərtəbələrindən, kürsülərindən, eləcə də asfaltdan parçalar qopararaq polisə atırlar.