Suriya Türkiyənin hərbi konvoyunu vurdu

© AFP 2023 / DHATürkiyə-Suriya sərhəddində hərbi texnika, 16 yanvar 2018-ci il
Türkiyə-Suriya sərhəddində hərbi texnika, 16 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Hücum nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb. Məlumatı agentliyə kimin verdiyi açıqlanmır.

BAKI, 19 avqust — Sputnik. Suriyanın hərbi hava qüvvələri İdlib vilayətində Türkiyənin hərbi konvoyuna zərbə endirib.

İsrail Hava Güvvələrinə məxsus qırıcı təyyarə - Sputnik Azərbaycan
Suriya yenə vuruldu, yenə İsrail vurdu

Sputnik Azərbaycan "DHA" agentliyinə istinadən xəbər verir ki, hərbi konvoy Xan Şeyxun bölgəsində de-eskalasiya zonasına nəzarət edən məntəqələr arasında hərəkət edərkən hücuma məruz qalıb.

Türkiyə Müdafiə Nazirliyi hücum nəticəsində 3 nəfərin öldüyü, 12 nəfərin isə yaralandığını açıqlayıb.

Bir müddət öncə Suriyanın dövlət televiziyası Xarici İşlər Nazirliyinə istinadən xəbər verib ki, Türkiyəyə məxsus zirehli transportyorlar Xan Şeyxun istiqamətində hərəkət ediblər. Suriya Ərəb Respublikasının ordusu hazırda Xan Şeyxun uğrunda döyüşlər aparır.

Xəbər lenti
0