Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada hərbi hissədə partlayış, əhali təcili təxliyə olunur

© Sputnik / Georgy Zimarev / Mediabanka keçidСотрудники МЧС РФ
Сотрудники МЧС РФ  - Sputnik Azərbaycan
Abunə olmaq
Yanan anbarda təxminən 40 min mərmi var

BAKI, 5 avqust — Sputnik. Rusiyanın Krasnoyarsk diyarında hərbi hissə ərazisində partlayış baş verib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Национальные флаги Китая - Sputnik Azərbaycan
Çində dəhşətli partlayış olub, səbəb bilinmir – VİDEO

Məlumata əsasən, partlayışdan sonra yanğın olub.

Krasnoyarsk diyarının Açinsk rayonundakı hadisəyə səbəb hərbi hissənin artilleriya anbarında mərminin partlaması olub.

İlkin məlumata əsasən, hadisə nəticəsində biri uşaq, 3-ü böyük olmaqla dörd nəfər yaralanıb.

Rusiya Fövqəladə Hallar Nazirliyi isə Krasnoyarsk diyarında yanan silah anbarından 20 kilometr radiusda əhalinin təcili təxliyəsinə başlayıb.

Bildirilir ki, yanan anbarda təxminən 40 min mərmi var.

Hazırda hadisə yerinə xilasedicilər cəlb olunublar, yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Xəbər lenti
0