Çində dəhşətli partlayış olub, səbəb bilinmir – VİDEO

© AFP 2023 / STRНациональные флаги Китая
Национальные флаги Китая - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində ölən və yaralananlar haqqında məlumat yoxdur

BAKI, 19 iyul — Sputnik. Çinin Henan vilayətində yerləşən qaz emalı zavodunda partlayış baş verib.

Sputnik Azərbaycan Çinin Mərkəzi Televiziya Kanalına istinadən xəbər verir ki, insident yerli vaxtla saat 17:50-də (Bakı vaxtı ilə saat 13:50-də) baş verib.

Hələlik hadisə nəticəsində ölən və yaralananlar haqqında məlumat yoxdur.

Partlayışın güclü olduğu bildirilir. Belə ki, hadisə yerindən 3 kilometr aralıda yerləşən binaların şüşələri sınıb, hətta bəzi evlərdə otaqarası qapılar yerindən çıxıb.

Hadisə yerinə yanğınsöndürənlər və həkimlər göndərilib.

Xəbər lenti
0