BAKI, 5 avqust — Sputnik. Rusiyanın Krasnoyarsk diyarında hərbi hissə ərazisində partlayış baş verib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.
Məlumata əsasən, partlayışdan sonra yanğın olub.
Krasnoyarsk diyarının Açinsk rayonundakı hadisəyə səbəb hərbi hissənin artilleriya anbarında mərminin partlaması olub.
İlkin məlumata əsasən, hadisə nəticəsində biri uşaq, 3-ü böyük olmaqla dörd nəfər yaralanıb.
Rusiya Fövqəladə Hallar Nazirliyi isə Krasnoyarsk diyarında yanan silah anbarından 20 kilometr radiusda əhalinin təcili təxliyəsinə başlayıb.
Bildirilir ki, yanan anbarda təxminən 40 min mərmi var.
Hazırda hadisə yerinə xilasedicilər cəlb olunublar, yanğının söndürülməsi istiqamətində işlər aparılır.