14:25 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Aleksandr Lukaşenko

"Ukrayna Avropanın ümumi bədbəxtliyidir" - Lukaşenko

© Sputnik / Aleksey Nikolskiy
DÜNYA
Qısa URL
31 0 0

“Avropa İttifaqı Kiyev qarşısında məsuliyyət daşıyır”

BAKI, 22 iyul — Sputnik. Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanı Avropanın "ümumi bədbəxtliyi" adlandırıb. Sputnik Belarus xəbər verir ki, Lukaşenko bu fikirləri Avropa İttifaqının Belarusdakı nümayəndəliyinin rəhbəri Andrea Viktorinlə görüşündə bildirib.

"Bizim sizinlə ümumi problemimiz, belə demək olarsa, bədbəxtliyimiz var. Bu, Ukraynadır. Mən Ukrayna xalqını çox yaxşı tanıyıram və bu gün orada, Ukraynada baş verənlərə o xalq layiq deyil," – deyə Lukaşenko vurğulayıb.

Lukaşenkonun fikrincə Aİ Avropa inkişaf yolunu seçən Kiyev qarşısında məsuliyyət daşıyır: "Açıq danışsaq, Avropa İttifaqı "A" deyibsə, "B" də deməlidir. Ukrayna xalqına kömək etmək lazımdır".

Belarus prezidenti vurğulayıb ki, Ukraynada keçirilən prezident və parlament seçkiləri bu ölkədə hakimiyyətlə bağlı məsələni həll edib.

Əsas mövzular