Zelenski liderlik edir, Poroşenko isə heç ikinci belə deyil

Abunə olmaq
Parlamentdə yalnız 5 faizlik baryeri aşan partiyalar iştirak edə biləcəklər

BAKI, 22 iyul — Sputnik. Ukraynada növbədənkənar parlament seçkilərinin nəticələri açıqlanmağa başlanılır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, hazırda ölkənin Mərkəzi Seçki Komissiyası seçki protokollarının 42,62%-ini hesablayıb.

Ukrayna Prezidenti Vladimir Zelenski - Sputnik Azərbaycan
Zelenski indi də Kliçkoya ilişir, məsələ "nokaut"la bitə bilər

Hazırda seçkilərin nəticələrinə əsasən, Ukrayna prezidenti Vladimir Zelenskinin rəhbərlik etdiyi "Xalqın xidmətçisi" partiyası gəlir. Belə ki, partiya seçkilərdə seçicilərinin 42,31% səs toplayıb. İkinci yerdə "Həyat uğrunda - müxalifət platforması" gedir, ona rəyi soruşulanların 12,79 faizi səs vermək niyyətindədir.

Üçüncü yerdə Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkonun rəhbərlik etdiyi Avropa Həmrəyliyi Partiyası qərarlaşıb. Dördüncü və beşinci pillədə isə 8,09% və 6,39% səslə sabiq baş nazir Yuliya Timoşenkonun rəhbərlik etdiyi "Batkivşina" və musiqiçi Svyatoslav Vakarçukun rəhbərlik etdiyi "Səs" partiyası gəlir.

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.

Parlamentdə yalnız 5 faizlik baryeri aşan partiyalar iştirak edə biləcəklər.

Xəbər lenti
0