15:21 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
ABŞ dolları, arxiv şəkli

Sathasat başlayıb – Hamı ABŞ-a arxa çevirir

CC0 / Julita / Currency
DÜNYA
Qısa URL
2136 0 0

Daha çox sərmayədar öz portfelində səhmləri qızılla əvəz edir. Bu tendensiya gələcək aylarda daha da qüvvətlənəcək

BAKI, 20 iyul — Sputnik. Xarici sərmayədarlar dollar aktivlərindən canlarını qurtarmaq üçün ABŞ istiqrazlarından imtina edirlər. Lakin bununla yanaşı səhm satışında da sürətlənmə müşahidə olunur. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, ABŞ şirkətlərinin qiymətli kağızlarına sərmayə yatırımı tarixi minimuma çatıb.

Əlvida, istiqrazlar!

Rusiya müəyyən müddət ABŞ xəzinə istiqrazlarına ən böyük sərmaye yatırımı edən ölkə olub. 2010-cu ildə Rusiya Mərkəzi Bankının xəzinə istiqrazlarına etdiyi sərmaye yatırımları 176 milyard dolları keçirdi. Lakin Vaşinqtonun sanksiya təzyiqləri səbəbindən Moskva 2014-cü ildən etibarən vəsaitlərini ABŞ aktivlərindən çıxarmağa başlayıb. 2018-ci ilin yazında növbəti sanksiya dalğasından sonra Rusiya Bankı xəzinə istiqrazlarının kütləvi satışını həyata keçirib. Belə ki, bank xəzinə istiqrazları portfelini iki dəfə - 96,5 milyard dollardan 48,724 milyard dollara azaldıb.

Bu ilin əvvəlinə olan məlumata əsasən, Mərkəzi Bankın balansında cəmi 14 milyard dollar həcmində xəzinə istiqrazı qalıb. ABŞ Maliyyə Nazirliyi isə bildirir ki, mayda Rusiya bu aktivləri 12 milyard dollaradək azaldıb.

Rusiya Mərkəzi Bankı bu qiymətli kağızların satışından əldə etdiyi pulla qızıl alır, çünki bu dəyərli metal valyuta və sanksiya risklərindən ən yaxşı sığortadır. On il ərzində Rusiyanın beynəlxalq ehtiyatlarında qızılın payı təqribən on dəfə artıb. Hazırda Mərkəzi Bankın balansında təqribən 90 milyard dollar dəyərində 2190 ton dəyərli metal var. Bu bütün post-sovet dövrü üçün rekord rəqəmdir.

Amerika iqtisadiyyatına olan etibar gündən-günə azalır – ölkənin dövlət borcu artıq 22 trilyon dollar həddini keçib və hamı yaxşı başa düşür ki, ABŞ-ın Xəzinədarlıq Departamenti vəziyyətə nəzarəti itirib. Buna görə də, hətta ABŞ-ın müttəfiqləri dollar aktivlərindən imtina edirlər. Məsələn, Böyük Britaniya xəzinə istiqrazları portfelini 16,3 milyard dollar, Yaponiya isə 11,07 milyard həcmində azaldıb. Bu göstəriciyə görə birinci yeri Çin tutur – Pekin ticarət müharibəsi səbəbindən ümumilikdə 80 milyard dollar dəyərində xəzinə istiqrazını satıb.

Səhmlər də satılır

Səhm bazarında vəziyyət daha da acınacaqlıdır. Xarici sərmayədarlar artıq 13 aydır ki, Amerika şirkətlərinin qiymətli kağızlarını satırlar. Bu müddət ərzində 215 milyard dollar dəyərində səhm satılıb. Bu rekord rəqəmdir.

"Bank of America Merrill Lynch" investisiya bankı qeyd edir ki, iyul ayında səhmlərin kütləvi şəkildə satışı müşahidə olunub.

Səbəb?

İqtisadiyyatda problemlərin kəskinləşdiyi bir vaxtda birja indeksləri aktiv olaraq qalxır. Bu isə hamını narahat edir. Çünki tarixi təcrübə göstərir ki, əgər səhmlər heç bir aydın səbəb olmadan kəskin şəkildə qalxırsa, demək bazarda dönüş baş verəcək və kotirovkalar düşəcək. Sərmayədarlar da belə bir halın yenidən baş verəcəyindən qorxurlar.

Ekspertlər əmindirlər ki, Federal Ehtiyat Sistemi iyulun 31-i keçiriləcək iclasında faiz dərəcələrini aşağı salmasa, bazarda səhmlərin satışı daha da artacaq.

Səhm əvəzinə qızıl

"Bridgewater Associates" hec-fondunun təsisçisi, tanınmış sərmayədar Rey Dalio hesab edir ki, bir çox analitik qiymətli metalların "qiymətini bilmir". Onun fikrincə, səhmlər uzunmüddətli perspektivdə sərfəli vasitə olsa da, Amerika bazarında tənəzzülün gözlənildiyi bir vaxtda qızıl gəlirlilik və risk baxımından daha əlverişlidir.

Buna görə də, daha çox sərmayədar öz portfelində səhmləri qızılla əvəz edir. Bu tendensiya gələcək aylarda daha da qüvvətlənəcək.

Əsas mövzular