Obama ciddi səhv edib, amma Türkiyəyə qarşı sanksiyalar olacaq – Tramp

© AP Photo / Pablo Martinez MonsivaisABŞ-ın eks prezidenti Barak Obama və yeni seçilmiş prezident Donald Tramp
ABŞ-ın eks prezidenti Barak Obama və yeni seçilmiş prezident Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Sanksiyalar məsələsini nəzərdən keçiririk

BAKI, 19 iyul — Sputnik. "Türkiyə məsələsində Barak Obama rəhbərliyi səhv edib. Bir çox baxımdan olduqca çətin vəziyyətdir. Dolayısı yolla bunu (sanksiyalar məsələsini) hazırda nəzərdən keçiririk". Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Hollandiya baş naziri Mark Rutte ilə Ağ Evdə görüşü zamanı Türkiyənin "S-400" zenit-raket kompleksləri alması ilə bağlı bu ölkəyə sanksiyaların tətbiqi məsələsini şərh edərkən bildirib.

Многоцелевые истребители Су-35 - Sputnik Azərbaycan
Türkiyənin təyyarə istəyi - Dəyişən hərflərdir, rəqəmlər qalır

"Sanksiyalar məsələsini nəzərdən keçiririk. Daha əvvəlki hakimiyyət (Barak Obama) bu məsələdə daha yaxşı iş görə bilərdi. Türkiyə məsələsində bundan əvvəlki hakimiyyət çox böyük səhvlər edib. Dolayısı yolla bunu (sanksiyalar məsələsini) hazırda nəzərdən keçiririk. Nə edə biləcəyimizi nəzərdən keçiririk. Hələlik (qərarımızı) açıqlamadıq", - deyə Tramp yazıb.

Xatırladaq ki, iyunun 17-də rəsmi Vaşinqton Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin tədarükü ilə bağlı Türkiyəni "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib. Ağ Ev vurğulayıb ki, Ankara tərəfindən zenit-raket komplekslərinin alınması ən yeni ABŞ qırıcılarının tədarükü ilə uyğunsuzluq təşkil edir.

Pentaqon rəhbərinin satınalmalar üzrə müavini Ellen Lord bəyan edib ki, Birləşmiş Ştatların Türkiyə ilə "F-35" proqramı üzrə əməkdaşlığı dayandırması nəticəsində rəsmi Ankara təxminən 9 milyard dollar investisiya almayacaq: "Türkiyə iş yerlərini və iqtisadi imkanları itirəcək. Türkiyə "F-35" təyyarələrinin 900-dən çox detalını istehsal edirdi və bunun üçün 9 milyard dollar investisiya alırdı".

Trend İnformasiya agentliyinin direktor müavini, politoloq Arzu Nağıyev - Sputnik Azərbaycan
Nağıyev: "Türkiyəni Avropadan uzaqlaşdırma prosesi davam edəcək"

Türkiyə Xarici İşlər Nazirliyi isə öz növbəsində ABŞ-ın rəsmi Ankaranı "F-35" tipli qırıcıların istehsalı üzrə proqramdan çıxarılmasını birtərəfli və qanunsuz addım adlandırıb. "Bu qərar iki ölkə arasında strateji əlaqələrə bərpa edilməz şəkildə zərər vuracaq. "S-400" zenit-raket komplekslərinin "F-35" qırıcılarına təhdid təşkil etməsinə dair iddialar əsassızdır. Türkiyə tərəfinin bu məsələ ilə bağlı NATO-nun da iştirakı ilə bağlı təkliflərini ABŞ tərəfi cavabsız qoyub", - deyə Türkiyə XİN bildirib.

Nazirlik Türkiyənin "F-35"-lərlə bağlı proqramdan çıxarılması barədə qərarı ədalətsiz adlandırıb.

Xəbər lenti
0