Quldurlar 10 türk dənizçini qaçırıblar

© pixabay / Roberto BarresiGüclü külək, sahilə çırpılan dalğalar
Güclü külək, sahilə çırpılan dalğalar - Sputnik Azərbaycan
Abunə olmaq
Hücum edən şəxslər, həmçinin gəminin rabitə cihazlarını və qurğularını zədələyiblər

BAKI, 16 iyul — Sputnik. Dəniz quldurları Nigeriya sahilləri yaxınlığında üzən gəmidən 10 türk dənizçini qaçırıblar.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Kamerunun Duala limanından Kot-d'İvuarın Abican şəhəri istiqamətində üzən "Paksoy 1" adlı gəmi Nigeriya sahillərindən 230 kilometr cənub-qərbdə quldurların hücumuna məruz qalıb.

Глубоководные аппараты спускаются на воду в рамках международной научно-исследовательской экспедиции - Sputnik Azərbaycan
Rusiya sualtı qayığında faciə: 14 dənizçi həlak olub

Qeyd olunur ki, quldurlar ekipajın 18 üzvündən 10-nu qaçırıblar. Hücum edən şəxslər, həmçinin gəminin rabitə cihazlarını və qurğularını zədələyiblər.

Məlumata görə, quldurlar türk dənizçiləri Qana istiqamətinə aparıblar.

Hadisə nəticəsində ekipaj üzvləri arasında ölən və yaralananlar olmayıb. Qaçırılmış dənizçilərin azad edilməsi istiqamətində iş aparılır.

Qana Hərbi Dəniz Qüvvələrinin ekipajın sərbəst buraxılması üçün quldurlar ilə əlaqə qurmağa çalışdığı bildirilir.

Xəbər lenti
0