BAKI, 2 iyul — Sputnik. İyulun 1-də Rusiyaya məxsus elmi-tədqiqat sualtı aparatında yanğın baş verib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, qayıqda olan 14 dənizçi həlak olub.
İnsidentin Rusiya ərazi sularında baş verdiyi bildirilir.
Ölkənin Müdafiə Nazirliyi xəbər verir ki, ekipajın fədakarlığı sayəsində yanğını söndürmək mümkün olub.
Faciə Hərbi Dəniz Donanmasının baş komandirinin nəzarəti altında araşdırılır.