08:46 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
57 0 0

Hesablamalara görə, 2 dəqiqəlik ehtiraslı öpüş zamanı 2 kalori yanır

BAKI, 6 iyul — Sputnik. Bu gün Ümumdünya öpüş günüdür. Sputnik Azərbaycan xəbər verir ki, bu bayram Britaniya adalarında milli öpüş günü kimi yaransa da, daha sonra ümumdünya statusu qazanıb.

Bununla bağlı dünya elmində filematologiya adlı yeni təlim də yaranıb. Bu təlim insan öpüşünün fizioloji, psixoloji və digər xüsusiyyətlərini öyrənir. Alimlər müəyyən edib ki, iki sevgilinin öpüşməsi təkcə emosional hiss yaratmır, həm də bir sıra hormonların fəaliyyətini gücləndirir.

Tədqiqatçılar iddia edirlər ki, öpüşmə arıqlamağa da kömək edir. Onların hesablamalarına görə, 2 dəqiqəlik ehtiraslı öpüş zamanı 2 kalori yanır. Öpüş qırışların profilaktikası üçün də əla vasitədir: o, üzün 30-a yaxın əzələsini hərəkətə gətirir. Bundan başqa, öpüş ağciyərlərin işini yaxşılaşdırır, kariesin profilaktikası hesab edilir.

Müxtəlif yaş qruplarına aid olan 100-dən çox cütlük üzərində aparılan müşahidələr göstərib ki, ideal öpüşün müddəti 3 dəqiqədir.

Ümumdünya Öpüş Günündə bir çox ölkələrdə müxtəlif müsabiqələr keçirilir - "ən uzun öpüş", "ən gözəl öpüş" və s.

Qeyd edək ki, ən uzun öpüş rekorduna 2013-cü ilin fevralında Tailandda Ekkaxay və Laksana imza atıb. Onlar 58 saat 35 dəqiqə 58 saniyə öpüşməklə Ginnesin Rekordlar Kitabına düşməyi bacarıblar.

Əsas mövzular