Pompeo İrana şəxsən xəbərdarlıq etdi, bunu etsəniz...

© AFP 2023 / ERIC BARADATABŞ Dövlət katibi Mayk Pompeo
ABŞ Dövlət katibi Mayk Pompeo - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən gün İran və Ərəb KİV-i "Front Altair" və "Kokuka Courageous" neft tankerlərinə hücumların edilməsi haqqında məlumat yayıb

BAKI, 19 iyun — Sputnik. ABŞ Dövlət katibi Mayk Pompeo ABŞ hərbçilərinin ölməsi halında baş verəcəklər barədə şəxsən Tehrana xəbərdarlıq edib. Bu barədə Sputnik Azərbaycan "The Washington Post" nəşrinə istinadən xəbər verir.

Qeyd olunur ki, diplomat şəxsən xəbərdarlığı bu ilin may ayında İraqın paytaxtı Bağdada səfər zamanı edib. Mənbənin sözlərinə görə, Pompeo İraq rəhbərliyinə bildirib ki, ən azı bir ABŞ hərbçisinin ölümünə belə Vaşinqton hərbi əməliyyatlarla cavab verəcək. Pompeo İraq rəhbərliyinin onun xəbərdarlığını Tehrana çadıracağına şübhə etməyib.

Российский участок международного транспортного коридора Север-Юг - Sputnik Azərbaycan
SİYASƏT
Yollar kəsişir: Rusiya, Azərbaycan və İran liderləri Soçidə nəyi müzakirə edəcəklər?

"Əgər amerikalılar ölsə nə olacaq? Bu hər şeyi dəyişir", - deyə mənbə bildirib.

Qeyd edək ki, ötən gün İran və Ərəb KİV-i "Front Altair" və "Kokuka Courageous" neft tankerlərinə hücumların edilməsi haqqında məlumat yayıb. Qeyri-rəsmi məlumatlara görə, torpedo hücumu nəticəsində gəmilərdə partlayış və yanğın baş verib. "Front Altair" ekipajının üzvlərini İran təxliyə edib. Rəsmi Vaşinqton hücumda Tehranı ittiham edib.

Birləşmiş Ştatların Mərkəzi komandanlığı (CENTCOM) məlumat yayaraq qeyd edib ki, Birləşmiş Ştatlar Oman körfəzində tankerlərə hücumdan sonra oraya "Mason (DDG 87)" raket esminesini göndərir.

Birləşmiş Ştatların Mərkəzi komandanlığının bəyanatında qeyd olunur ki, "Kokuka Courageous" tankerinin 21 üzvü ABŞ-ın digər esminesi "Bainbridge"in göyərtəsindədir.

"Biz ABŞ-ın "Bainbridge" esminesinin fəaliyyətinə olunan hər hansı müdaxiləyə dözməyəcəyik", - deyə "CENTCOM"dan bildirilib.

Bundan əlavə, komandanlıqdan qeyd olunub ki, İranla müharibə ABŞ və dünya birliyinin strateji maraqlarına cavab vermir, lakin amerikalılar və onların tərəfdaşları regionda gəmiçiliyin və ticarətin azadlığını müdafiə etməyə hazırdırlar.

ABŞ-ın dövlət katibi Mayk Pompeo - Sputnik Azərbaycan
Pompeo: “ABŞ İrana qarşı hərb yolunu nəzərdən keçirir”

Qeyd edək ki, ötən ilin mayında Birləşmiş Ştatlar birtərəfli qaydada İranla bağlanan nüvə sazişindən çıxıb və yenidən rəsmi Tehrana qarşı sanksiyalar tətbiq edib. Lakin bir sıra ölkələrə - Çin, Hindistan, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə qarşı müəyyən müddət üçün istisnalar tətbiq olunmuşdu.

İran isə neft ticarətinə maneələr yaradılacağı təqdirdə Fars körfəzini neft ticarəti üçün bağlayacağını bildirib.

Buna cavab olaraq isə ABŞ hərbi gəmiləri Oman körfəzinə daxil olub. Aviadaşıyıcı zərbə qrupuna "Abraham Lincoln" gəmisi başçılıq edir. Körfəzdə hazırda idarə olunan raket silahları ilə təchiz olunmuş "Arleigh Burke" sinfindən iki eskadrilya minadaşıyıcısı var. BƏƏ sahilləri yaxınlığında universal desant gəmisi "Kearsarge" yerləşir.

Xəbər lenti
0