BAKI, 16 iyun — Sputnik. ABŞ regionda İrana qarşı müqavimət göstərmək üçün bütün variantları, o cümlədən hərb yolunu nəzərdən keçirir, lakin Vaşinqton Tehranla müharibə etmək istəmir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ Dövlət katibi Maykl Pompeo deyib.
M.Pompeo qeyd edib: "ABŞ prezidenti Donald Tramp bir neçə dəfə bu variantlar barədə məlumatlandırılıb. Onu davamlı şəkildə məlumatlandırmaqda davam edəcəyik".
ABŞ-ın İrana qarşı hərbi variantı nəzərdən keçirəcəyinə dair jurnalistin sualına ABŞ Dövlət katibi: "Əlbəttə ki", - deyə cavab verib. Eyni zamanda, M.Pompeo əlavə edib: "Prezident Tramp çox açıq şəkildə vurğulayıb ki, o, müharibəni istəmir".