SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rəsmi Yerevan Bakı ilə bağlı əsas narahatlığını dilə gətirdi

© © Press office of the MFA of RAErmənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Bişkekdə KTMT-ya üzv ölkələrin xarici işlər nazirlərinin iclasında
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Bişkekdə KTMT-ya üzv ölkələrin xarici işlər nazirlərinin iclasında - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir: "Bu həm təşkilatın nüfuzuna, həm də əməkdaşlıq ruhuna mənfi təsir edir"

BAKI, 23 may — Sputnik. "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin bəzilərinin Azərbaycanla silahlara dair razılaşmaları Ermənistanı narahat edir". Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Bişkekdə KTMT-ya üzv ölkələrin Xarici İşlər Nazirlərinin iclasında çıxışı zamanı bildirib. 

Давид Тоноян. Заседание Правительства РА 09.03.2017 - Sputnik Azərbaycan
QARABAĞ
Yerevan müharibə ritorikasını dəyişir: "Azərbaycan öz ordusunu sülhə hazırlamalıdır"

Onun sözlərinə görə, bu amil həm təşkilatın nüfuzuna, həm də əməkdaşlıq ruhuna mənfi təsir edir.

Nazir ümid edir ki, Ermənistanın bu narahatlığı eşidiləcək.

Qarabağ üzrə danışıqlar prosesi barədə məlumat verən Mnatsakanyan, münaqişənin sülh yolu ilə həllinə yardım edəcək mühitin yaradılması üzrə əldə olunan razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, hazırda KTMT-ya altı ölkə üzvdür: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan.

Xəbər lenti
0