11:57 23 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8739
Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko yeni seçilmiş prezident Vladimir Zelenskinin inauqurasiya mərasimində

Yeni prezidentin ilk günü: Poroşenko dövlətə xəyanətdə ittiham olundu

© REUTERS / HANDOUT
DÜNYA
Qısa URL
95 0 0

Eks-prezidentə qarşı bundan əvvəl də 10 cinayət işi qaldırılıb

BAKI, 21 may — Sputnik. Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin Administrasiyasının rəhbərinin müavini postunu tutan Andrey Portnov Pyotr Poroşenkoya qarşı ərizə yazıb. Sputnik Azərbaycan xəbər verir ki, Portnov İstintaq üzrə Dövlət Bürosuna təqdim etdiyi ərizənin sürətini "Telegram" kanalında yayımlayıb. 

Portnov Poroşenkonu dövlətə xəyanətdə, hakimiyyəti ələ keçirmək cəhdində və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edir. O bildirib ki, ərizəni mayın 20-si təqdim edib. Çünki həmin gün prezident seçkilərində qalib gələn Vladimir Zelenskinin inauqurasiya mərasimindən sonra sabiq prezidentin toxunulmazlıq hüququ ləğv olunub.

Qeyd edək ki, aprel ayının sonu məlum olub ki, Poroşenkoya qarşı 10 cinayət işi qaldırılıb. Onlar arasında rüşvət vermə, Ukrayna Təhlükəsizlik Xidmətinin gizli həbsxanalarının mövcudluğu və s. də var.

Xatırladaq ki, Portnov 2014-cü ildə Kiyevi dövlət çevrilişi cəhdindən sonra tərk etmişdi. O, Zelenskinin inauqurasiya mərasiminə bir gün qalmış Ukraynaya geri dönüb. "112 Ukrayna" kanalı onun yeni seçilən Ukrayna prezidentinin komandası ilə əməkdaşlığı barədə məlumat yaysa da, hələlik buna dair rəsmi məlumat yoxdur.

Əsas mövzular