Vladimir Zelenski seçkiqabağı vədinə əməl etdi

© REUTERS / VALENTYN OGIRENKOUkraynanın yeni seçilən prezidenti Vladimir Zelenski
Ukraynanın yeni seçilən prezidenti Vladimir Zelenski - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 6 may — Sputnik. Ukraynanın yeni seçilən prezidenti Vladimir Zelenski biznesdən uzaqlaşıb, onun biznes payları 5 illik prezidentlik müddəti başa çatdıqdan sonra geri qaytarılacaq. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Zelenskinin biznes-tərəfdaşı Sergey Şefir bildirib.

Qeyd edək ki, Zelenski daha əvvəl bəyan etmişdi ki, payızda keçiriləcək parlament seçkilərinə qədər öz biznesindən uzaqlaşmaq istəyir.

"O, uzaqlaşıb (Biznesden-red). Ola bilsin ki, 1-2 imza qalsın. Öz hissələrini kiməsə verib. Ola bilsin mənə, ola bilsin Borisə (Şefir-red). Xatırlamır", - deyə Şefir bəyan edib.

O, həmçinin bəyan edib ki, Zelenski lisenziya ödənişlərindən dividentlər alacaq: "Bəzi brendlərin sahibi odur. Onun hissələrinin 5 illik müddət bitdikdən sonra geri qaytaracağımıza dair razılaşmamız var".

Xatırladaq ki, Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) rəsmən Vladimir Zelenskini prezident seçkilərinin qalibi elan edib. MSK-nın məlumatına görə, o, seçkilərdə seçicilərin 73,23%-nin səsini toplayıb. Onun rəqibi, hazırkı prezidenti Pyotr Poroşenko isə 24,45% səs yığıb.

Zelenskinin inauqurasiya mərasiminin keçirilmə gününü Ali Rada təsdiqləməlidir. Qanunvericiliyə əsasən, inauqurasiya mərasimi seçkilərin rəsmən elan olunmasından 30 gün gec olmamaq şərti ilə keçirilməlidir. Bu halda isə inauqurasiya mərasimi mayın 30-a qədər keçirilməlidir.

Xəbər lenti
0