Bütün dünyanın səbirsizliklə gözlədiyi "duel"in qaydaları açıqlandı

© REUTERS / KACPER PEMPELUkraynada prezident seçkiləri
Ukraynada prezident seçkiləri - Sputnik Azərbaycan
Abunə olmaq
Namizədlərin özlərinin sual vermək üçün 60 saniyə, sualı cavablandırmaq üçün isə 5 dəqiqə vaxtları olacaq

BAKI, 19 aprel — Sputnik. Ukraynada prezidentliyə namizədlər Vladimir Zelenski və Pyotr Poroşenko arasında bu gün keçiriləcək debatın detalları məlum olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Məlumata əsasən, debatı Poroşenko və Zelenskinin qərargahlarından müvafiq olaraq təklif edilən jurnalistlər Andrey Kulikov və Yelena Frolyak idarə edəcəklər.

Debat hər bir namizədin 5 dəqiqəlik çıxışı ilə başlayacaq. Bundan sonra moderatorlar Poroşenko və Zelenskiyə üç sual verəcəklər. Namizədlərin özlərinin sual vermək üçün 60 saniyə, sualı cavablandırmaq üçün isə 5 dəqiqə vaxtları olacaq.

Bundan əlavə, tamaşaçılar stadiona daxil olana qədər hər iki namizədin tərəfindən üç artist çıxış edəcək. 

Ukrayna prezidentliyinə namizədlər - Pyotr Poroşenko və Vladimir Zelenski arasında keçiriləcək debata hər şey hazırdır - Sputnik Azərbaycan
Həlledici "döyüşü" izləmək üçün bütün biletlər satılıb

Qeyd edək ki, bu gün Ukraynada prezidentliyə namizədlər Pyotr Poroşenko və Vladimir Zelenski arasında ilk debat keçiriləcək. Debatı 70 mindən çox şəxs canlı olaraq "Olimpiyskiy" stadionunda izləyə biləcək.

Poroşenko və Zelenski arasında debat aprelin 19-u saat Bakı vaxtı ilə 200:00-da Kiyevin "Olimpiyskiy" stadionunda keçiriləcək. Artıq dünəndən bu debata olan bütün biletlər satılıb.

Ukraynada martın 31-də prezdent seçkiləri keçirilib. Birinci turun nəticələrinə görə, Vladimir Zelenski hamıdan çox səs toplayıb. O, seçicilərinin 30,24%-nin səsini qazanıb.

İkinci pillədə isə hazırkı prezident Pyotr Poroşenko qərarlaşıb. Onu Ukrayna vətəndaşlarının 15,95%-i dəstəkləyib.

Hazırda bu ölkədə prezident seçkilərinin ikinci turuna hazırlıq gedir. İkinci tur aprelin 21-də keçiriləcək.

Xəbər lenti
0