BAKI, 14 aprel — Sputnik. Həkimlər pilləkənləri çıxanda, sürətli yeriyəndə təngnəfəsliyin yaranmasının ciddi xəstəliklərdən xəbər verdiyini deyir.
Sputnik Azərbaycan-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, həkim Mekmet Emrə bildirib ki, ürəyin qanvurma gücünün azalması onun funksiyalarının
Ürəyin işini pozan bir çox xəstəliklər mövcuddur. Bunlara təzyiq, ürək və qan-damar xəstəlikləri, ürəyin ritminin pozulması, infeksiyalar və anadangəlmə ürək xəstəlikləri səbəb olur.
Ürəyin düzgün işləməsi üçün insan orqanizmində şəkərin miqdarı normal olmalıdır. İnsan gün ərzində 20-30 dəqiqə piyada gəzməlidir, qidalanmalarına fikir verməlidir. Duzlu qidalardan uzaq olmalıdır. Amma duzu qida rasionundan tam çıxarmaq olmaz. Ürək xəstəliyi olan insanlar gün ərzində bir litr su içməlidir.
Zeytun yağı, balıq, səbzə kimi qidalar da ürəyin fəaliyyətinə yaxşı təsir göstərir.