Fransadan kəskin qərar: Qadınlar üçün implantlar qadağan edildi

© AP Photo / Lionel CironneauPlastik cərrahın otağında silikon süd vəzi iplantları
Plastik cərrahın otağında silikon süd vəzi iplantları - Sputnik Azərbaycan
Abunə olmaq
Fransa kəsmə səthli süd vəzisi implantlarını qadağan edən ilk ölkə oldu

BAKI, 7 aprel — Sputnik. Fransada süd vəzisi iplantları nadir xərçəng növünə səbəb olduğu üçün qadağan edilib.

Пьер де Трегомайн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Fransalı musiqiçi Azərbaycanı dünyaya tanıdacaq

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Milli Əczaçılıq və Səhiyyə Məhsulları Agentliyindən verilən açıqlamada qeyd edilib ki, kəsmə səthləri olan süd vəzisi implantları ölkədə qadağan edilib.

Fransada bu implantlarla bağlı 59 qadının xərçəngə tutulması faktı qeydə alınıb. Bu faktlardan 3-ü ölümlə nəticələnib. Qeyd edilib ki, implantların üzərində olan kəsimlər artdıqca immun sistemə hücuma keçən anaplastik, böyük hüceyrəli limfoma riskini artırır.

Agentlik açıqlamasında bildirib ki, kəsmə səthə malik olan süd vəzisi implantları səbəbilə 2011-ci ildən bu günə qədər böyük hüceyrəli limfoma faktlarının sayı artıb.

Bu qərarla Fransa kəsmə səthli süd vəzisi implantlarını qadağan edən ilk ölkə oldu.

Xəbər lenti
0