09:19 20 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Mali

Öldürülənlərin sayı durmadan artır, daha 24 cəsəd tapıldı

© AFP 2019 / STR
DÜNYA
Qısa URL
147 0 0

Ölənlər arasında uşaqlar, hamilə qadınlar və yaşlı insanlar var

BAKI, 24 mart — Sputnik. Malinin mərkəzində azsaylı fulani qəbiləsinin nümayəndələrinin yaşadığı kiçik yaşayış məntəqəsində naməlum silahlıların etdiyi hücum zamanı öldürülənlərin sayı 134 nəfərə çatıb.

Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir ki, ölənlər arasında uşaqlar, hamilə qadınlar və yaşlı insanlar var.

"Franc-Press" yazır ki, hücumun arxasında doqon tayfası nümayəndələrinin durduğu ehtimal edilir.

Xatırladaq ki, bundan əvvəl Malinin mərkəzində yerləşən Bankas şəhəri yaxınlığında yerləşən yaşayış məntəqəsində fulani xalqına məxsus 110 çobanın silahlı şəxslər tərəfindən qətlə yetirildiyi barədə məlumat yayılıb.

Merin sözlərinə görə, donzo ovçularının geyimində olan naməlum şəxslər cümə günündən şənbəyə keçən gecə Bankas yaxınlığındakı Oqossaqu və Velinqara yaşayış məntəqələrinə hücum edərək, orada qətllər törədiblər.

Oqossaqu sakinlərindən biri hücumu 23 Mali əsgərinin öldürülməsinin qisası kimi qiymətləndirib. Həmin hərbçilər “Əl-Qaidə” terror qruplaşması ilə qarşıdurmada həlak olublar.

Əlaqədar

Malidə 110 çoban öldürülüb

Əsas mövzular