02:24 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9102
Qüds şəhəri

Dünya məşhurları İsrailə qarşı müsəlmanların müdafiəsinə qalxdılar

© AP Photo / Oded Balilty
DÜNYA
Qısa URL
8491 0 0

"Fələstinlilərin İsrailin hərbi işğalını aradan qaldırmağa gücləri yoxdur, buna görə BBC Konstitusiyaya uyğun olaraq ifadə azadlığını qorumağa məcburdur"

BAKI, 31 yanvar — Sputnik. Dünyada məşhur olan 50-dən çox sənətçi BBC-ni İsraildə keçiriləcək "Eurovision-2019" mahnı müsabiqəsinin başqa bir ölkəyə keçirilməsi üçün təzyiq göstərməyə çağırıb. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, onların imzaladıqları məktub Böyük Britaniyanın "Guardian" nəşrində dərc olunub.

Məktubda Avropa Yayım Birliyinin (EBU) yarışmanı Qüdsdən Təl-Əvivə köçürməsinin yetərli olmadığı qeyd olunur: "Bu, fələstinliləri İsrailin torpaqlarını oğurlamasına, köçürülmələrinə, öldürülmələrinə, döyülmələrinə və başqa daha çox şeyə qarşı qoruya bilməz. "Eurovision" əyləncəli musiqi yarışması ola bilər, ancaq insan haqları düşüncəsindən azad edə bilməz. İsrailin fələstinlilərin insan haqlarının sistemli şəkildə pozmasını görməzdən gələ bilmərik".

"Fələstinlilərin İsrailin hərbi işğalını aradan qaldırmağa gücləri yoxdur. BBC Konstitusiyaya uyğun olaraq ifadə azadlığını qorumağa məcburdur. Ona görə də şirkət qanunvericiliyə uyğun olaraq hərəkət etməli və "Eurovision"ın bu azadlığa qarşı çıxmayan başqa bir ölkədə keçirilməsi üçün təzyiq göstərməlidir" - deyə məktub müəllifləri bildirirlər.

Məktubu imzalayan məşhurlar siyahısında "Pink Floyd" qrupunun solisti Roger Vaters, yazıçı Yann Martel və rejissor Ken Loach kimi tanınmış şəxslərin adları var.

Xatırladaq ki, ötən ilin may ayında keçirilən "Eurovision-2018" yarışının qalibi İsrail təmsilçisi Netta Barzilay olub. Netta bununla ölkəsini dördüncü dəfə "Eurovision" yarışlarında birinci yerə çıxarıb. Nettaya qədər İsrail təmsilçisi sonuncu dəfə 1998-ci ildə qalib gəlib. O zaman Dana İnterneyşnl (İnternational) "Diva" mahnısı ilə çıxış edib.

İsrailin baş naziri Benyamin Netanyahu "Eurovision-2018"-in qalibi Netta Barzilayla görüşü zamanı bəyan etmişdi ki, növbəti "Eurovision" yarışı Yerusəlimdə (Qüds) olacaq. Onun bu bəyanatı Qüdsü özünün müqəddəs şəhəri hesab edən müsəlman dünyasını qəzəbləndirmişdi.

İsrail beynəlxalq ictimaiyyətin təzyiqi ilə mahnı müsabiqəsini Təl-Əvivə keçirib.

Əlaqədar

İsrail Qəzza zolağını vurdu, fələstinlilərin blokadası başladı
İsrail Fələstinin paytaxtını mühasirəyə aldı
İsraildə sensasiyalı qanun: Fələstinli ailələr sürgün olunacaq
“Azərbaycan Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir”
Teqlər:
yarış, müsabiqə, mahnı, "Eurovision", Qüds, Fələstin, İsrail

Əsas mövzular