12:03 18 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9102
Rusiya Xarici İşlər Nazirinin müavini Qriqori Karasin

Rusiya XİN-dən Yerevana: Özünüzdə cəsarət tapın

© Sputnik / Aleksey Druzhinin
DÜNYA
Qısa URL
59 0 0

Vaşinqtonun Ermənistanın daxili və xarici siyasətinə müdaxiləsi getdikcə daha ifrat hal alır

BAKI, 19 dekabr — Sputnik. Moskva inanır ki, yeni Ermənistan rəhbərliyi özündə cəsarət tapıb, ABŞ-ın təzyiqlərinə sinə gərə və müstəqil qərarlar qəbul edə biləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirinin müavini Qriqori Karasin "RİA Novosti"yə müsahibəsində bildirib.

"Bu il ölkədə baş verən radikal dəyişikliklər fonunda Vaşinqtonun Ermənistanın daxili və xarici siyasətinə müdaxiləsi getdikcə daha ifrat hal alır" – deyə Karasin qeyd edib.

O, qeyd edib ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Yerevana səfəri zamanı Ermənistanın Amerika silahları almasını və İrana qarşı sanksiyalara tez bir zamanda qoşulmasını istəyib: "Əgər bu ABŞ-Ermənistan münasibətlərinin görünən tərəfidirsə, gör, onda pərdə arxasında nə cür "sıxma-boğmaya" salırlar".

Əlaqədar

Karasin: Qarabağ nizamlanmasında təsirli tədbirlərə dəstək veriləcək

Əsas mövzular