07:34 17 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
NATO-nun Brüsseldə mənzil-qərargahı, arxiv şəkli

NATO-nun ən güclü ölkələrinin adları açıqlandı - SİYAHI

© Photo : Ludovic Marin / Pool via REUTERS
DÜNYA
Qısa URL
316 0 0

Türkiyə NATO-nun ən güclüləri sırasındadır

BAKI, 14 dekabr — Sputnik. "Global Firepower" saytında NATO-nun ən güclü ölkələrinin adı açıqlanıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 27 ölkənin yer aldığı siyahıda Türkiyənin də adı var.

Saytın məlumatına görə, ilk beşlikdə ABŞ, Fransa, İngiltərə, Türkiyə və Almaniya qərarlaşıb. Bundan başqa, "Global Firepower"in məlumatına görə, dünyanın ən güclü donanmaları sırasında Çin, Şimali Koreya, ABŞ, İran, Rusiya yer alıb. Türkiyə isə bu siyahıda 12-ci yerdə qərarlaşıb.

Türkiyə, Rusiya, ABŞ hərbi hava qüvvələrinin gücünə görə də "Global Firepower" in ilk onluğunda yer alıb. Məlumata görə, birinci yerdə qərarlaşan ABŞ və onu təqib edən Rusiya ayrılıqda 13 min 362 hava təyyarəsinə sahibdir. Türkiyə isə 1056 hava təyyarəsi ilə bu siyahıda 10-cu yerdə qərarlaşıb.

Əlaqədar

İlham Əliyev NATO-Rusiya görüşünün Bakıda keçirilməsinin səbəblərini açıqladı
Xələf Xələfov NATO və Rusiya generallarının Bakı görüşü haqqında
Rusiya və NATO hərbçiləri yenə Bakını seçdilər – Sabah görüşdür
NATO nümayəndə heyəti ölkəmizdə səfərdədir

Əsas mövzular