NATO-nun ən güclü ölkələrinin adları açıqlandı - SİYAHI

© Photo : Ludovic Marin / Pool via REUTERSШтаб-квартира НАТО в Брюсселе, 11 июля 2018 года
Штаб-квартира НАТО в Брюсселе, 11 июля 2018 года - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə NATO-nun ən güclüləri sırasındadır

BAKI, 14 dekabr — Sputnik. "Global Firepower" saytında NATO-nun ən güclü ölkələrinin adı açıqlanıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 27 ölkənin yer aldığı siyahıda Türkiyənin də adı var.

Saytın məlumatına görə, ilk beşlikdə ABŞ, Fransa, İngiltərə, Türkiyə və Almaniya qərarlaşıb. Bundan başqa, "Global Firepower"in məlumatına görə, dünyanın ən güclü donanmaları sırasında Çin, Şimali Koreya, ABŞ, İran, Rusiya yer alıb. Türkiyə isə bu siyahıda 12-ci yerdə qərarlaşıb.

Türkiyə, Rusiya, ABŞ hərbi hava qüvvələrinin gücünə görə də "Global Firepower" in ilk onluğunda yer alıb. Məlumata görə, birinci yerdə qərarlaşan ABŞ və onu təqib edən Rusiya ayrılıqda 13 min 362 hava təyyarəsinə sahibdir. Türkiyə isə 1056 hava təyyarəsi ilə bu siyahıda 10-cu yerdə qərarlaşıb.

Xəbər lenti
0