20:27 18 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9292
Pişik

Pişik məşhur aparıcıya milyonlarla dollar zərər vurdu

CC0 / Pitsch / Cat
DÜNYA
Qısa URL
160 0 0

O, iki gün ərzində həyatında indiyə qədər olmadığı qədər ağlayıb

BAKI, 24 noyabr — Sputnik. ABŞ televiziyasında yayımlanan "Ulduzlarla rəqs: yeniyetmələr" şousunun aparıcısı Frenki Muniz pişiyinin suyu açdığına görə ömür boyu qazandığını itirdiyini bildirib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aparıcı öz "Twitter" səhifəsində yazıb.

Munizin sözlərinə görə, o bir neçə günlüyünə əmisinin dəfn mərasiminə gedib, geri qayıtdıqda isə 5 mərtəbə olan evinin 4 mərtəbəsini su basdığını görüb: "Hər nəyim var idisə məhv olub. Hər bir divar, incəsənət nümunələri, şəxsi fotolar, mebel... Hər şey də mənim pişiyimin təsadüfən su kranını açmasına görə baş verib.

Muniz etiraf edib ki, iki gün ərzində həyatında indiyə qədər olmadığı qədər ağlayıb.

Inside Edition nəşri yazır ki, aparıcıya milyonlarla dollar dəyərində zərər dəyib.

Əsas mövzular