BAKI, 24 noyabr — Sputnik. ABŞ televiziyasında yayımlanan "Ulduzlarla rəqs: yeniyetmələr" şousunun aparıcısı Frenki Muniz pişiyinin suyu açdığına görə ömür boyu qazandığını itirdiyini bildirib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aparıcı öz "Twitter" səhifəsində yazıb.
Munizin sözlərinə görə, o bir neçə günlüyünə əmisinin dəfn mərasiminə gedib, geri qayıtdıqda isə 5 mərtəbə olan evinin 4 mərtəbəsini su basdığını görüb: "Hər nəyim var idisə məhv olub. Hər bir divar, incəsənət nümunələri, şəxsi fotolar, mebel... Hər şey də mənim pişiyimin təsadüfən su kranını açmasına görə baş verib.
I arrived home from my uncle's funeral to find 4 of my 5 story brownstone home under 3 feet of water. Everything I own, destroyed. Every wall, piece of artwork, personal photos, furniture... All because my cat accidentally turned on a sink a few days ago while we were gone.
— Frankie Muniz (@frankiemuniz) 15 ноября 2018 г.
Muniz etiraf edib ki, iki gün ərzində həyatında indiyə qədər olmadığı qədər ağlayıb.
Inside Edition nəşri yazır ki, aparıcıya milyonlarla dollar dəyərində zərər dəyib.