13:44 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Türkiyənin F-16 qırıcısı, arxiv şəkli

Türk hərbçiləri 15 terrorçunu məhv ediblər

© REUTERS / Murad Sezer/File Photo
DÜNYA
Qısa URL
20 0 0

Dəqiq atəşlərlə terrorçulara məxsus sığınacaqlar, silah və sursat anbarları dağıdılıb

BAKI, 11 noyabr — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin bombardmançı təyyarələrinin İraqın şimalındakı Avaşin bölgəsində terrorçuların düşərgələrinə endirdiyi hava zərbələri nəticəsində 15 yaraqlı zərərsizləşdirilib.

Sputnik Azərbaycan xəbər verir ki, məhv edilənlər terror hazırlığında olublar. Dəqiq atəşlərlə terrorçulara məxsus sığınacaqlar, silah və sursat anbarları dağıdılıb.

İstanbul, Tekirdağ və Antalya şəhərlərində isə eyni vaxtda antiterror əməliyyatları keçirilib. PKK/KCK terror təşkilatları ilə əlaqədə şübhəli bilinən 9 nəfər təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub. Saxlanılan şəxslərdən çoxlu sayda silah, terrorçuluqda istifadə olunduğu ehtimal edilən sənəd, sursat və digər ləvazimatlar götürülüb.

Əlaqədar

Avstraliyada insanlara hücum edən terrorçu imiş
Ərdoğanın mühafizəsində iki terrorçu tapıldı
Onların qol-qanadı qırılacaq: "Twitter" terrorçu və ekstremistləri ifşa edəcək
Moskvada azərbaycanlı “terrorçu” saxlanıldı
Yasir Ərəfat: Terrorçu, yoxsa azadlıq mübarizi?
Teqlər:
terrorçu, təyyarə, bombardman, PKK, Türkiyə Silahlı Qüvvələri

Əsas mövzular