BAKI, 11 noyabr — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin bombardmançı təyyarələrinin İraqın şimalındakı Avaşin bölgəsində terrorçuların düşərgələrinə endirdiyi hava zərbələri nəticəsində 15 yaraqlı zərərsizləşdirilib.
Sputnik Azərbaycan xəbər verir ki, məhv edilənlər terror hazırlığında olublar. Dəqiq atəşlərlə terrorçulara məxsus sığınacaqlar, silah və sursat anbarları dağıdılıb.
İstanbul, Tekirdağ və Antalya şəhərlərində isə eyni vaxtda antiterror əməliyyatları keçirilib. PKK/KCK terror təşkilatları ilə əlaqədə şübhəli bilinən 9 nəfər təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub. Saxlanılan şəxslərdən çoxlu sayda silah, terrorçuluqda istifadə olunduğu ehtimal edilən sənəd, sursat və digər ləvazimatlar götürülüb.