09:43 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Президент США Дональд Трамп, фото из архива

Trampın küçəsində bayramdır, çünki impiçment olmayacaq

© REUTERS / Leah Millis
DÜNYA
Qısa URL
2188 0 0

Rusiyalı ekspert: “ABŞ-dakı seçkilərin nə ilə nəticələnməsindən asılı olmayaraq, Rusiya bundan faydalanmağa çalışmalıdır”

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 7 noyabr — Sputnik. ABŞ-dakı seçkilərin nə ilə nəticələnməsindən asılı olmayaraq, Rusiya bundan faydalanmağa çalışmalıdır. Bu sözləri, Sputnik Azərbaycan-a "Strateq-PRO" analitik mərkəzinin direktoru Aleksandr Vedrussov ABŞ Konqresinə keçirilən aralıq seçkilərin nəticələrini və bunun ABŞ-Rusiya münasibətlərinə necə təsir edəcəyini şərh edərkən deyib.

ABŞ Konqresinə aralıq seçkilər noyabrın 6-da keçirilib. İlkin proqnozlara görə, respublikaçılar ABŞ Senatında çoxluğu qoruyub saxlayıblar. Onlar özlərini minimum 52 yerlə təmin ediblər, baxmayaraq ki, onlara cəmi 50 yer lazım idi. Bununla yanaşı, respublikaçılar Nümayəndələr Palatasında əksər yerləri itiriblər.

ABŞ prezidenti Donald Trampın işi isə qaydasındadır. Cari vəziyyət onu hamıdan az narahat edir. Aralıq seçkilərin nəticələrinə görə, o, ABŞ Senatındakı yerlərin əksəriyyətini əldə etmiş olur. Bu isə o deməkdir ki, impiçment olmayacaq. Nümayəndələr Palatasında əksər yerləri götürən rəqib partiya ilə işləmək isə istənilən Amerika prezidenti üçün normaldır. Əksinə, hər iki palataya bir partiya və prezident nəzarət etsəydi, vəziyyət tipik olmazdı. Vedrussovun fikrincə, burada balansın pozulması yalnız Nümayəndələr Palatasında demokratların üstünlüyü əldə etməsindədir ki, bu da normaldır.

"Bununla belə, fikir versək görərik ki, hətta Hillari Klintonun seçki kampaniyasını aparan demokratların özləri belə Trampın 2020-ci ildə yenidən prezident seçilmək şanslarının kifayət qədər yüksək olduğunu etiraf edirlər. Xüsusilə də nəzərə alanda ki, demokratların vahid lideri, vahid şüarları və vahid dəyərlər toplusu yoxdur" - deyə Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib.

Onun fikrincə, demokratlar fərqli baxışlara malik pərakəndə siyasi qüvvədir və buna görə də onların Nümayəndələr Palatasındakı çoxluğu Trampı mümkün qədər az narahat etməlidir.

Əgər proses Rusiya ilə hazırkı münasibətlərə qədər baş versəydi, Tramp palataların heç birində səslərin əksəriyyətini qazana bilməzdi. Anti-Rusiya sanksiyaları indiyə qədər Konqresdən kənarda qalır. Tramp indi istəsə belə, bu sanksiyaları yumşalda bilməz. Çünki ümumi siyasət aqressivdir və Rusiyaya münasibətdə hücumlar davam edəcək. Burada heç bir yaxşı siqnal yoxdur. Ekspertlərin fikrincə, anti-Rusiya siyasətində ABŞ-ın hər iki aparıcı partiyası konsensusdadır.

O, fikrini belə əsaslandırıb ki, respublikaçıları və demokratları ayrıca partiya olaraq götürsək, onların hər ikisi Rusiyaya münasibətdə kifayət qədər sərtdirlər. Burada Konqresin demokrat Berni Sanders və respublikaçı Rend Pol kimi cəmi bir neçə üzvü istisnadır. Rusiya ilə münasibətlərin normallaşdırılması tərəfdarı kimi çıxış edən Amerika isteblişmentinin nümayəndələri azlıqdadırlar. Və bu azlığa Trampın özü də daxildir.

"Baxmayaraq ki, son iki ildə Rusiyaya münasibətdə Tramp da inkişaf etməyib, əksinə deqradasiyaya uğrayıb. Əgər hazırkı mövqeyinə baxsaq, onun konsensus tərəfləri ilə eyni cür düşünməyə başladığını görərik" - deyə Vedrussov bildirib. O əlavə edib ki, bu halda "kral rəiyyət tərəfindən idarə olunur" demək olar. Trampın Rusiyanın prezidenti Vladimir Putinə və Rusiyaya şəxsi münasibətinə baxmayaraq, onun tərəfdarları, xüsusilə də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton rəsmi Moskvaya qarşı təzyiqlərin artırılması istiqamətinə köklənib.

Sputnik Azərbaycan-ın həmsöhbəti onu da qeyd edib ki, hazırkı vəziyyətin müsbət tərəfləri çoxdur. Ekspertin fikrincə, demokratlar hazırda nəinki Nümayəndələr Palatasındakı mövqelərini qoruyublar, həm də onu möhkəmləndiriblər. Onlar öz müxalif mövqelərini son seçkilər zamanı məhz Boltonun təzyiqləri sayəsində gücləndiriblər və faktiki olaraq həmin yerləri respublikaçıların və Trampın əlindən alıblar.

Vedrussov hesab edir ki, bu hal həm də ABŞ-ın Yaxın və Orta Mənzilli Raketlərin İxtisarı Haqqında Müqavilədən çıxması ilə bağlıdır. Ekspertin fikrincə, bununla da Vaşinqton qlobal təhlükəsizlik sistemini və dünya düzənini təhlükə altında qoyub.

Politoloqun qənaətinə görə, bu, çox təhlükəlidir və sonu proqnozlaşdırılmayan oyundur. Bu oyun ABŞ-ın Avropadakı müttəfiqlərini zərbə altında qoyur, Rusiya üçünsə tamamilə zərərsizdir. Xüsusilə də Rusiya sərhədlərinin təzyiq altında olduğunu, ora ABŞ və NATO-nun hərbi infrastrukturunun yaxınlaşdığını nəzərə alanda.

"Bu, sözügedən seçkilərin gözlə görünən yeganə müsbət tərəfidir. Amerikaya münasibətdə başqa heç bir illüziya yaradılmamalıdır" - deyə o bildirib.

Bu seçkilərin Rusiyaya necə təsir edəcəyinə gəlincə, Vedrussov düşünür ki, nə qədər ki, Trampla Putin Parisdə "ayaqüstü" görüşməklə kifayətlənəcəklər, tam formatlı görüşlə bağlı razılaşmanı ertələyəcəklər, hansısa destruktiv məqamlar olacaq. Burada bir qədər geri çəkilmək və yenidən oyuna atılmaq lazımdır. Ekspert bu fikirləri ABŞ və Rusiya prezidentlərinin şəxsi əlaqələrinə şamil etmir.

Bütün bunlarla yanaşı, Sputnik Azərbaycan-ın həmsöhbəti hesab edir ki, Amerikanın qlobal institutları sürətlə sarsıtdığı aşkardır. Və yəqin ki, bu, Rusiyanın xeyrinə işləyəcək. Rusiya tərəfi isə baş verənləri birmənalı olaraq "pis" qiymətləndirmir. Çünki bu, riskli və proqnozlaşdırılmayan nəticələr doğura bilər. ABŞ-da baş verənlərə gəlincə, seçkilərin nəticələrinə əsasən hazırkı kurs davam etdirilə bilməz. Rusiya istənilən halda burada hansısa uduş əldə etməyəcək, amma situasiyadan mütləq faydalanmağa çalışmalıdır.

Əlaqədar

Qaçqın düşərgəsindən Konqresə gedən yol – ABŞ-da ilkə imza atan müsəlman qadınlar
ABŞ siyasəti tarixində görünməmiş hadisə yaşanır
ABŞ-da seçkilərin nəticələri açıqlanıb
ABŞ PKK terrorçuları üçün böyük məbləğdə pul mükafatı ayırıb
Rusiya və ABŞ qırıcıları səmada qarşı-qarşıya gəldi - VİDEO
Teqlər:
ABŞ prezidenti Donald Tramp, Konqres, seçkilər, Rusiya, ABŞ

Əsas mövzular