BAKI, 7 noyabr — Sputnik. Birləşmiş Ştatlar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauret bildirib.
Onun sözlərinə görə, rəsmi Vaşinqton Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanunun tələblərinə uyğun şəkildə hərəkət etmək niyyətindədir: "Rusiya "Skripal işi" üzrə ABŞ-ın tələblərini yerinə yetirməyib. Söhbət kimyəvi və bioloji silahların yayılmaması qanunundan gedir".
Hələlik Moskvadan yeni sanksiyalarla bağlı rəsmi cavab verilməyib.