04:38 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Salvatore Mannino

Yaddaşını “itirən” kişi çərənçi qayınanasından qaçıbmış

© TODAY
DÜNYA
Qısa URL
20 0 0

İtaliyalı sentyabrın ortalarında itib və iki gün sonra Müqəddəs Egidiya kilsəsi yaxınlığında tapılıb

BAKI, 2 noyabr — Sputnik. Edinburqda polis tərəfindən tapılan 52 yaşlı Salvatore Mannino iddia edib ki, heç nə xatırlamır. Amma o, yalançı çıxıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, İtaliya hüquq mühafizə orqanları onun kompüterinə baxış keçirən zaman onun "Necə itməli" və "Yaddaşın itdiyini necə təqlid etməli" suallarına cavab axtardığını müəyyən edib.

Bundan sonra Mannino həqiqəti danışmağa qərar verib. "Mən bunu çərənçi qayınanamdan qaçmaq üçün etmişəm. Mən heç vaxt yaddaşımı itirməmişəm. Mən öz ailəmə sübut etmək istəyirdim ki, onlara lazımam. Mən ata və ər statusumu geri qaytarmaq istəyirdim. Çünki düşünürdüm ki, bu yeri qaynanam tutub" – deyə o izah edib.

İtaliyalı sentyabrın ortalarında itib və iki gün sonra Müqəddəs Egidiya kilsəsi yaxınlığında tapılıb. Onun üzərində heç bir sənədi olmayıb. Ancaq polis tatoosu vasitəsilə onun şəxsiyyətini müəyyən etməyə müvəffəq olub. Onun arvadı və uşaqları Böyük Britaniyaya gəliblər. Görüş zamanı Mannino onları tanımadığını bildirib.

İtkin düşməmişdən öncə italiyalı stolun üstündə içində 10 min avro pul olan çamadan, mobil telefon və hansısa rəqəmlər yazılmış məktub qoyub. Bu rəqəmlər şifrə olub və Manninonun böyük oğlu şifrəni tapıb.

İtaliya polisi yalan informasiyaya görə, kişini məsuliyyətə cəlb etmək istəyir. "Nə qədər pul və zaman hədər yerə sərf edilib" – deyə polisdən bildirilib.

Teqlər:
fırıldaq, qayınana, kişi, İtaliya

Əsas mövzular