12:51 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9474
İndoneziyada güclü zəlzələnin fəsadları, arxiv şəkli

İndoneziya yenə silkələndi

© AFP 2018 / Aulia Ahmad
DÜNYA
Qısa URL
25 0 0

Yeraltı təkanların episentri dənizdə, Surabaya şəhərindən 184 km şərqdə qeydə alınıb

BAKI, 11 oktyabr — Sputnik. İndoneziyada yenidən güclü zəlzələ qeydə alınıb. Yava adası sahillərində 6 maqnituda gücündə zəlzələ baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa — Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri dənizdə, Surabaya şəhərindən 184 km şərqdə qeydə alınıb.

Bildirilir ki, zəlzələ Bakı vaxtı ilə 22:44-də olub və təbii fəlakətin ocağı 30 km dərinlikdə yerləşib.

Sentyabrın sonunda Sulavesi adasında baş vermiş güclü zəlzələ nəticəsində 2 minə yaxın insan həyatını itirib.

Teqlər:
maqnituda, yeraltı təkanlar, zəlzələ, Yava adası, İndoneziya

Əsas mövzular