İndoneziya yenə silkələndi

© AFP 2024 / Aulia Ahmad Разрушенные в результате сильного землетрясения дома в Ломбоке, Индонезия
Разрушенные в результате сильного землетрясения дома в Ломбоке, Индонезия - Sputnik Azərbaycan
Abunə olmaq
Yeraltı təkanların episentri dənizdə, Surabaya şəhərindən 184 km şərqdə qeydə alınıb

BAKI, 11 oktyabr — Sputnik. İndoneziyada yenidən güclü zəlzələ qeydə alınıb. Yava adası sahillərində 6 maqnituda gücündə zəlzələ baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa — Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri dənizdə, Surabaya şəhərindən 184 km şərqdə qeydə alınıb.

Bildirilir ki, zəlzələ Bakı vaxtı ilə 22:44-də olub və təbii fəlakətin ocağı 30 km dərinlikdə yerləşib.

Sentyabrın sonunda Sulavesi adasında baş vermiş güclü zəlzələ nəticəsində 2 minə yaxın insan həyatını itirib.

Xəbər lenti
0