Dünyanın ən qalmaqallı milyarderi vəzifəsindən qovuldu

© REUTERS / Rashid Umar Abbasi/File PhotoAmerikalı biznesmen Elon Mask
Amerikalı biznesmen Elon Mask - Sputnik Azərbaycan
Abunə olmaq
Maska Direktorlar Şurasının sədri vəzifəsini tərk etmək üçün 45 gün vaxt verilib

BAKI, 30 sentyabr- Sputnik. Biznesmen İlon Mask "Tesla" şirkətinin Direktorlar Şurasının sədri vəzifəsini tərk edəcək.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Mask fırıldaqçılıqda ittiham ediləndən sonra iş adamı və ABŞ Qiymətli kağızlar üzrə komissiya belə bir razılaşmaya gəliblər. Bu zaman o, şirkətin baş direktoru postunda qalacaq.

“Cv-1” avtomobili - Sputnik Azərbaycan
"Tesla"ya gözlənilməz şirkətdən rəqib gəlir

Maska Direktorlar Şurasının sədri vəzifəsini tərk etmək üçün 45 gün vaxt verilib. Razılaşmaya əsasən, o, yaxın 3 ildə bu vəzifəni tuta bilməyəcək. Biznesmeni müstəqil menecer əvəzləyəcək.

Mask həmçinin 20 milyon dollar cərimə ödəyəcək. "Tesla" da eyni məbləğdə cəriməyə məruz qalıb. Bu pullar ziyan çəkən investorlar arasında bölünəcək. Bundan əlavə, şirkət iki müstəqil direktor təyin edəcək.

Qiymətli kağızlar üzrə komissiyanın Maska qarşı iş qaldırmasına səbəb onun "Twitter" hesabında yerləşdirdiyi məlumat olub. Belə ki, iş adamı şirkəti özəlləşdirmək və bütün səhmləri bazar qiymətindən daha yüksək — 420 dollara almaq niyyətində olduğunu bildirmişdi.

Lakin sonradan o, bu planlarından imtina etmişdi. Bu addım da ona qarşı səhmlərin qiymətinə təsir göstərmək məqsədi ilə fırıldaqçılıqda ittiham irəli sürülməsinə əsas vermişdi.

Xəbər lenti
0