BAKI, 25 avqust — Sputnik. Elektrik enerjisi ilə işləyən "Tesla"ya rəqib maşın istehsal olunur.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyanın silah istehsalçısı olan Kalaşnikov müəssisəsi elektrik avtomobil üzərində çalışdığı barədə məlumat verib.
Avtomobilin adı CV-1, görüntüsü isə 70-ci illərin maşınları kimi olacaq. Bu avtomobil bir dəfə enerji yığmaqla 350 kilometr yol qət edəcək. Bu xüsusiyyətlər ona elektrik avtomobil bazarında lider olmaq şansı verə bilər.